Xoş gəlmisiniz və Davranış Kodeksi

GJJ NEXT-ə Xoş Gəlmisiniz

—————————————

GJJ NEXT 2021-nin bir hissəsi olduğunuza görə çox şadıq.

GJJ NEXT oyun dizaynı öyrənə biləcəyiniz, Game Jam-də iştirak edə biləcəyiniz, yeni bacarıqlar öyrənə biləcəyiniz və yeni dostlar qazana biləcəyiniz iki həftəlik bir tədbirdir!

Başlamadan öncə, zəhmət olmasa aşağıdakıları diqqətlə oxuyun, çünki Discord serverdən istifadə etdiyiniz müddət ərzində bizim qaydalarımıza və davranış kodeksinə əməl etməyə razı olmalısınız. 

—————————————

GJJ NEXT Davranış Kodeksi

Bu serverdən istifadə müddətində aşağıdakilərə riayət etməlisiniz:

Hər zaman tanımadığınız GJJ NEXT jammerləri salamlayın.

Bəzi insanlar tanımadığı insanların əhatəsində yeni işlər görərkən həyəcanlanır. Hər zaman digərlərinə qarşı qayğıkeş olun. Ətrafınızda oyun yaratmağın sevincini kəşf edənlərlə ünsiyyətdə olun.

Fərqli fikirlərə və təcrübələrə hörmətlə yanaşın.

Hamının dünyanı fərqli gördüyünü bilirdinizmi? Bu çox gözəl birşeydir. Bir-birimizin fikirlərini dəstəkləməliyik. Başqalarının dediyi ilə razılaşmasanız belə, bir-birinizə hörmət göstərməyə diqqət edin.

İstifadə etdiyiniz iş sahəsinə və ləvazimatlara hörmətlə yanaşın.

Siz tədbir təşkilatçıları tərəfindən Jam-də iştirak etməyə dəvət olunmusunuz. Öyrəndiyiniz mühitə və oyun düzəltmək üçün əlinizdə olan ləvazimata hörmətlə yanaşaraq o insanlara təşəkkür etməyi unutmayın. Əsəbləşsəniz belə, təmkinli, sakit və etibarlı davranın. 

Yalnız server kanallarında mesaj yazın, şəxsi mesajlardan qaçının.

Jammerlər, mentorlar və təlimçilər arasıdakı bütün əlaqələr bu server daxilindəki fərdi kanallarda baş tutmalıdır, şəxsi mesajlardan istifadə olunmamalıdır.

Öyrənməyə hazır olun.

Hər zaman oyununuzun düzəldilməsi barədə daha çox məlumat əldə etməyə can atmalısınız. Siz müəyyən bir bacarığınızı çox inkişaf etdirə bilərsiniz, lakin bundan əlavə hər zaman sizə çox xeyir verəcək yeni bacarıqlar da öyrənə bilərsiniz. 

Kömək istəyin.

Ehtiyacınız olduğu zaman yardım istəyin, və imkanınız çatdığı qədər başqalarına yardım etmək cəsarətini göstərin. Ərsəyə gətirdiklərinizi və bu barədə biliklərinizi başqaları ilə bölüşün.

Cəsarətli olun və danışın.

Jam vaxtı siz özünüzü narahat, təhlükədə, təhqir olunmuş, qıcıqlandırılmış, təhtid edilmiş, istənməyən, qorxudulmuş və ya başqa bir mənfi şəraitlə üz-üzə qalmış hiss edərsinizsə, tədbir təşkilarçıları və ya GJJ işçiləri(mavi adlı) ilə dərhal əlaqə saxlayın.

—————————————

Özünüzü təqdim edin

Qaydaları oxudunuzsa və hələ də iştirak etməyə razısınızsa, aşağıdakı müvafiq hissəyə quş qoyaraq bizə bildirin. 

Bunu yerinə yetirdikdən sonra, tanıtım kanalını görəcəksiniz. Zəhmət olmasa orada özünüzü təqdim edin. Bundan sonra sizin zona rəhbəriniz tədbirdə iştirak etməniz üçün sizin kanalın bir üzvü olduğunuzu təsdiq edəcək. Bizimlə həmçinin öz bacarıqlarınız və oyun düzəltmək haqqında bilikləriniz, öz sevimli oyununuz və bu Jam-dən nə öyrənmək istədiyiniz haqqında da danışa bilərsiniz.